• 27 İyul 2024
logo
KİV: ABŞ və İran Yaxın Şərqlə bağlı danışıqlar aparıb

KİV: ABŞ və İran Yaxın Şərqlə bağlı danışıqlar aparıb

Bu həftə ABŞ və İran arasında Yaxın Şərqlə bağlı danışıqlar aparılıb.

Baymedia.az-ın xəbərinə görə, bu barədə “Axios” qəzeti yazıb.

Bildirilib ki, adları açıqlanmayan vasitəçilərin iştirakı ilə aparılan dialoq birbaşa deyil, üçüncü tərəflərin iştirakı ilə həyata keçirilib. Tərəflər İranın regionda vəziyyəti gərginləşdirməyə yönələn addımları, eləcə də Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib.

Məlumata əsasən, rəsmi Vaşinqtonun təmsilçiləri həmçinin ABŞ-nin nüvə proqramı ilə bağlı narahatlığını İran tərəfinin diqqətinə çatdırıb.