• 9 Sentyabr 2025
logo
Şanxay Araşdırmalar İnstitutu: Beynəlxalq nizam çoxqütblülüyə doğru gedir

Şanxay Araşdırmalar İnstitutu: Beynəlxalq nizam çoxqütblülüyə doğru gedir

Beynəlxalq nizam çoxqütblülüyə doğru hərəkət edir.

Bunu Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Prezidenti Çen Dongxiao AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında bildirib.
“Mənim fikrimcə, AQEM-in ən böyük imkanı beynəlxalq nizamın davam edən transformasiyasında gizlənir. Bu nizam Qərb mərkəzli çərçivədən getdikcə daha da həqiqi çoxqütblülüyə doğru inkişaf edir. Asiya ölkələri bu transformasiyanın əsas iştirakçıları və formalaşdırıcıları kimi daxili modernləşməni sürətləndirir və Qlobal Cənubla birlikdə bəşər tarixində ən böyük modernləşmə prosesini irəli aparırlar. Bu transformasiya qlobal güc bölgüsünü həm maddi, həm də mənəvi baxımdan yenidən formalaşdıracaq” - Çen Dongxiao qeyd edib.