• 27 İyul 2024
logo
Əziz Yıldırım vəd verdi - Mourinyo ilə danışdım, gələcək

Əziz Yıldırım vəd verdi - Mourinyo ilə danışdım, gələcək

"Fənərbağça"nın sabiq prezidenti Əziz Yıldırım klub idarəçiliyinə qayıtmaq istəyir.

Baymedia.az xəbər verir ki, o, bu barədə "TRTSpor" kanalına müsahibəsində deyib. İstanbul klubuna 1998-2018-ci illər aralığında rəhbərlik etmiş iş adamı klubun növbəti konqresində prezidentliyə namizəd olacağını rəsmən açıqlayıb:

"Bundan sonra "Fənərbağça"nın "Bizim uşağımızdır" deyib o adlarla davam etmək imkanı yoxdur. "Fənərbağça" böyük məşqçilərlə, böyük komandalarla mübarizə aparmalıdır. Bu mübarizə həm Türkiyədə, həm də ölkə xaricində olmalıdır.

Keçən həftə Joze Mourinyo ilə görüşdük və ona ""Fənərbağça"da sizə ehtiyacımız var" dedim. Kim qalib gəlirsə, mütləq gəl. Dostlarımla onun menecerləri arasında danışıqlar davam edir. Böyük ehtimalla, qalib gəlsək, Mourinyonu “Fənərbağça”ya baş məşqçi təyin edəcəm. Uşaqların daha kədərlənməsini istəmirik. Onları sevindirmək və razı salmaq üçün böyük addımlar atmalıyıq".

Qeyd edək ki, Əziz Yıldırım dövründə "Fənərbağça"nın futbol komandası 6 dəfə Türkiyə çempionu olub, 2 dəfə ölkə kubokunu, 3 dəfə isə superkuboku qazanıb.