• 27 İyul 2024
logo
Azərbaycan Premyer Liqası: XXXV turun hakimləri müəyyənləşib

Azərbaycan Premyer Liqası: XXXV turun hakimləri müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV turun hakimləri açıqlanıb.

Baymedia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” və “Turan Tovuz” arasında bu gün keçiriləcək açılış oyununu Cavid Cəlilov idarə edəcək.

Avrokuboklara vəsiqələrin taleyini yaxından maraqlandıran “Sabah” – “Sumqayıt” matçı İnqilab Məmmədova, “Səbail” – “Neftçi” görüşü Tural Qurbanova, “Kəpəz” – “Zirə” qarşılaşması isə Rəvan Həmzəzadəyə həvalə olunub.

Azərbaycan Premyer Liqası

XXXV tur

17 may

20:30. “Qarabağ” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Nəriman Axundov

T.Bəhramov adına Respublika stadionu.

18 may

17:00. “Sabah” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Bank Respublika Arena.

17:00. “Səbail” – “Neftçi”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

ASCO Arena.

17:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Emin Cəfərov

Tovuz şəhər stadionu.

19 may

16:00. “Qəbələ” – “Araz-Naxçıvan”

Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu.