• 2 İyul 2025
logo
Silahlı Qüvvələri Gününə həsr olunan turnir keçirilib

Silahlı Qüvvələri Gününə həsr olunan turnir keçirilib

Bu gün Azərbaycan Braziliya Ciu citsu İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan turnir keçirilib.

Turnirdə Braziliya ciu citsu döyüş sənətinin Gi və No Gi versilayaları üzrə müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə yarışlar keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin yad edilməsinin ardınca turnirə start verilib.

Açılış sözü ilə çıxış edən İctimai Birliyin prezidenti Aqil Acalov qonaqları və idmançıları salamlayıb, Zəfər tariximizin daim yeni uğurlara ilhamlandırdığını bildirib. O, hər bir Azərbaycan gəncinə fəaliyyət göstərdiyi sahələrdə uğurlar arzulayıb.

İctimai Birliyin təsisçisi ustad Taleh Həsənov da idmançıların hər birinin fərd olaraq Azərbaycanın idman sahəsindəki rolunun vacibliyini, onların sağlam bədəndə, sağlam ruhda yetişmələri üçün fəaliyyətin müstəsna əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxışında İctimai Birliyin sədr müavini Anar Səfərov keçiriləm silsilə tədbirlərin məqsədindən söz açmış, iştirakçılara uğurlar arzu edib.

Turnirin sonunda idmançılar uyğun diplom və medallarla təltif olunub.

Cavid

Silahlı Qüvvələri Gününə həsr olunan turnir keçirilibSilahlı Qüvvələri Gününə həsr olunan turnir keçirilibSilahlı Qüvvələri Gününə həsr olunan turnir keçirilibSilahlı Qüvvələri Gününə həsr olunan turnir keçirilibSilahlı Qüvvələri Gününə həsr olunan turnir keçirilib