ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə müavin köməkçisi Coş Hak və Avropa üzrə baş müşaviri Vayatt Tölkeni Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, onların Bakıya səfəri Azərbayca rəsmiləri ilə ABŞ-ın maraqlarına uyğun ikitərəfli dialoqun davam etdirilməsi, iqtisadi tərəqqi və regional təhlükəsizlik məsələləri ətrafında müzakirə aparmaq məqsədi daşıyır.