• 30 May 2025
logo
Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri

Mayın 29-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:55-də “CoinMarketCap” platformasında 1.30% ucuzlaşaraq 107 662 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində isə artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.3% artaraq 2728 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.98%, BNB isə 0.09% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.