• 5 Oktyabr 2022
logo
169-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

169-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 169-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 267 təyyarəsi, 146 helikopteri, 1727 PUA-sı, 365 zenit-raket kompleksi, 4287 tank və digər zirehli texnikası, 797 reaktiv yaylım atəş sistemi, 3290 artilleriya və minaatanı, 4820 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.