• 24 Aprel 2024
logo
Braziliyada noyabrın 3-dən küçədə məcburi maska taxmaq ləğv ediləcək

Braziliyada noyabrın 3-dən küçədə məcburi maska taxmaq ləğv ediləcək

Noyabrın 3-dən Braziliyanın Federal Dairəsində qoruyucu maskaların taxılması könüllü olacaq.
Bununla bağlı paytaxt qubernatoru müvafiq fərman imzalayıb.
Sənədə əsasən, maskanın açıq havada taxılması artıq məcburi olmayacaq, lakin qapalı məkanlarda - ictimai nəqliyyatda, ticarət, istehsal və xidmət müəssisələrində bu tələb qüvvədə qalacaq.
Bundan əlavə, qubernator 2020-ci ilin martından 2021-ci ilin iyul ayına qədər tamamilə bağlanan dövlət məktəblərində tədris prosesinin tam bərpası barədə göstəriş verib.
Qyd edək ki, Braziliyada koronavirusa ilk yoluxma halı ötən il fevralın 26-da təsdiqlənib.
Ölkə virusa yoluxanların sayına görə (21,7 milyon nəfərdən çox) ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir. Ölənlərin sayına görə (606 mindən çox) ABŞ-dan sonra ikinci yerdədir.