• 29 İyul 2026
logo
“İsrail Türkiyə ilə qarşı-qarşıya gələ bilməz”

“İsrail Türkiyə ilə qarşı-qarşıya gələ bilməz”

“Əfsuslar olsun ki, başda Netanyahu olmaqla İsrailin əksər nazirləri radikaldır və heç bir regional geosiyasi reallıqları tanımırlar. Bu, əslində İsrail üçün ciddi problemlər yaradır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Rizvan Hüseynov deyib.

R.Hüseynov qeyd edib ki, İsrail Türkiyəyə qarşı regionda qarşı-qarşıya gələ bilməz, ələxsus Suriyada: “İsrail regionda stabilliyi pozmaq üçün kürd faktorundan və milli dini azlıqlardan istifadə etmək istəyir. Amma Türkiyə Suriyada hərbi və siyasi məsələlərə maksimum nəzarət edir. Türkiyənin Suriya ərazisində, xüsusən də Aralıq dənizi sahillərində və İsrailin işğal etdiyi Suriyanın ərazilərinin üzbəüz təmas xəttinə yaxın ərazilərdə hərbi bazasını açacağı qaçılmazdır. İsrail hərbi baza aça bilər. Amma bu, o demək deyil ki, Türkiyəyə qarşı hansısa üstünlüyü əldə edə biləcək. Yəni mən bunu görmürəm”.

Röya İsrafilova