"Ural Hava Yolları"na məxsus təyyarə göydə təcili vəziyyət siqnalı verib.
APA xəbər verir ki, “Ural Hava Yolları”na məxsus Airbus A321 tipli sərnişin təyyarəsi Moskva–Soçi reysini yerinə yetirərkən təcili vəziyyət siqnalı – 7700 kodu ötürüb.
Bu kod təyyarədə ciddi hadisənin baş verdiyini göstərir.
“Flightradar” xidməti vasitəsilə əldə olunan ilkin məlumatlara görə, təyyarə təxminən 10 000 metr yüksəklikdə olduqda sürəti 280 km/saat olub ki, bu da normadan xeyli aşağıdır. Bununla belə, bəzən xidmətin təqdim etdiyi texniki göstəricilərdə qeyri-dəqiqlik müşahidə oluna bilər.