• 5 May 2025
logo
Ermənistanın müdafiə naziri Yunanıstana gedib

Ermənistanın müdafiə naziri Yunanıstana gedib

Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstana səfərə gedib.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə adıçəkilən ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Onu səfərdə nazirliyin nümayəndə heyəti müşayiət edəcək.

Qeyd edək ki, hər iki ölkə 2023-cü ilin dekabrında hər iki qurum arasında hərbi-texniki əməkdaşlıq sazişi imzalanıb.