• 20 Yanvar 2025
logo
Qvineyada stadionda izdiham zamanı 50 nəfər ölüb

Qvineyada stadionda izdiham zamanı 50 nəfər ölüb

Ötən gün Qvineyadakı stadionda yaşanmış izdihamda 50-yə yaxın adamın öldüyü ehtimal olunur.

Bu barədə “Reuters“ə yerli rəsmilər məlumat verib.

Bildirilib ki, bazar günü Cənub-Şərqi Qvineyanın Nzerekore şəhərində keçirilən futbol matçı zamanı azarkeşlər arasında qarşıdurma olub. Bundan sonra yaranmış izdihamda təxminən 50 nəfər həyatını itirib.