• 2 Sentyabr 2026
logo
Paşinyan Tiflisdə Kobaxidze ilə görüşdü

Paşinyan Tiflisdə Kobaxidze ilə görüşdü

13:19

Tiflisdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ölkəyə işgüzar səfərə gələn Ermənistan hökumətinin başçısı Nikol Paşinyan arasında görüş başlayıb.

Baymedia.az xəbər verir ki, təkbətək görüş Paşinyanın rəsmi qarşılanma mərasimindən sonra başlayıb.

Daha sonra geniş tərkibdə danışıqlar aparılacaq, bundan sonra isə tərəflərin mətbuata bəyanatlarla çıxışı gözlənilir.