• 13 Noyabr 2024
logo
Əgər Qərb Kiyevə icazə verərsə, Rusiya ilə müharibə başlayacaq

Əgər Qərb Kiyevə icazə verərsə, Rusiya ilə müharibə başlayacaq

NATO ölkələri Ukraynanın Rusiya ərazisinin dərinliyinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməsinə icazə verərsə, Rusiya ilə birbaşa müharibəyə başlayacaq.

Baymedia.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

“Əgər məhdudiyyətlərin götürülməsi ilə bağlı qərar həqiqətən qəbul olunarsa və ya veriləcəksə, bu o deməkdir ki, o andan etibarən NATO ölkələri Rusiya ilə birbaşa müharibəyə başlayacaq", - Nebenzya qeyd edib.