Kursk vilayətinə hücum başlayandan bəri Suca bölgəsində Ukrayna qüvvələrinin itkiləri təxminən 7 min nəfər təşkil edib.
Baymedia.az xəbər verir ki, bunu Rusiya ordusunun Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Əhməd” (Axmat) xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov deyib.
“Bütün bu Kursk əməliyyatından bəri düşmənin təkcə bizim istiqamətdə (Suca istiqaməti – red.) 7 minə yaxın itki verdiyi güman edilir”, - o bildirib.