• 2 Sentyabr 2026
logo
SEPAH generalı Pezeşkiana qarşı çıxdı: İyrəncdir!

SEPAH generalı Pezeşkiana qarşı çıxdı: İyrəncdir!

Bəziləri düşünür ki, milli barışıq ABŞ-la danışıqlar aparmaq, Qərblə problemləri həll etmək deməkdir. ABŞ-a qarşı yumşaq münasibətdən danışmaq belə qəbuledilməz və iyrəncdir.

Baymedia.az xəbər verir ki, bu sözləri SEPAH komandirinin müavini general Məhəmmədrza Nəqdi deyib.

“Bu gün İran hər zamankından daha sərt şəkildə ABŞ-a qarşı çıxmalıdır”, - Nəqdi bildirib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian prezident seçkiləri zamanı ABŞ-la danışıqların və problemlərin həllinin tərəfdarı olduğunu bəyan etmişdi.