"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa biləcəyini istisna etmirəm".
Baymedia.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
Bununla yanaşı o, ölkəsinin BRICS ilə əməkdaşlığını vacib element hesab etdiyini vurğulayıb.
A.Simonyan bildirib ki, Ermənistanın regiondan uzaqlaşmaması çox önəmli məsələdir.