• 2 Sentyabr 2026
logo
Çinin hərbi təyyarəsi Yaponiyanın hava məkanını pozub

Çinin hərbi təyyarəsi Yaponiyanın hava məkanını pozub

Çin hərbi təyyarəsinin Yaponiyanın hava məkanını pozması ölkənin təhlükəsizliyini təhdid edir.

Baymedia.az xəbər verir ki, bunu Yaponiyanin Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi deyib.

"Çin hərbi təyyarəsinin hava məkanını pozması təkcə suverenliyimizi ciddi şəkildə pozmur, həm də təhlükəsizliyimizi təhdid edir. Bu, qətiyyən qəbuledilməzdir", - deyən dövlət rəsmisi diplomatik kanallar vasitəsilə Pekinə etiraz edildiyini qeyd edib.

Tokio həmçinin gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlərin görülməsini tələb edib.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, hava məkanının pozulması avqustun 26-da yerli vaxtla saat 11:29-da baş verib. Çinin Y-9 təyyarəsi Yaponiya hava məkanını 2 dəqiqə sonra tərk edib.