• 2 Sentyabr 2026
logo
Yəməndə daşqınlar nəticəsində ölənlərin sayı 60-a çatıb

Yəməndə daşqınlar nəticəsində ölənlərin sayı 60-a çatıb

Yəmənin bir neçə əyalətində uzun sürən yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 60 nəfər ölüb, daha 13 nəfər itkin düşüb.

Baymedia.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Yəmən ofisi məlumat yayıb.

Ümumilikdə 38 mindən çox yəmənli ailə və ya təxminən 268 min insan təbii fəlakətin fəsadları ilə üzləşib.