• 2 Sentyabr 2026
logo
Mask Kadırova maşın satmayıb: Axmaqsınız?

Mask Kadırova maşın satmayıb: Axmaqsınız?

Amerikalı iş adamı İlon Mask Çeçenistan lideri Ramzan Kadırova elektrikli “Cybertruck” satması xəbərini təkzib edib.

Baymedia.az.az xəbər verir ki, bu barədə İlon Mask özünün X səhifəsində yazıb.

“Rus generalına “Cybertruck” verdiyimi düşünəcək qədər axmaqsınız? Bu, ənənəvi medianın necə yalan danışdığına daha bir nümunədir”, - Mask yazıb.

Qeyd edək ki, Ramzan Kadırov elektromobili sınaqdan keçirib və onu Ukrayna müharibəsində iştirak edən döyüşçülərə göndərəcəyini bildirib. Kadırov həmçinin Maskı Qroznıya dəvət edib.