• 2 Sentyabr 2026
logo
Suriyada zəlzələ: panika, basabas, binadan tullanma...

Suriyada zəlzələ: panika, basabas, binadan tullanma...

Suriyada 4.8 bal gücündə zəlzələ baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, panika, sıxlıq və binadan tullanma nəticəsində 67 nəfər yaralanıb.

Nazirlik bildirib ki, yaralılar Salamiya şəhərindəki xəstəxanaya yerləşdirilib.