• 2 Sentyabr 2026
logo
Ukrayna ordusu Rusiyaya girdi: ruslar əsir götürüldü

Ukrayna ordusu Rusiyaya girdi: ruslar əsir götürüldü

Ukrayna ordusunun bölgəyə soxulmasından sonra Kursk vilayətində başlayan döyüşlər nəticəsində azı 3 dinc sakin həlak olub.

Baymedia.az xəbər verir ki, bunu vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov deyib.

“Beşi uşaq olmaqla, daha 13 nəfər yaralanıb”, - o bildirib.

“Pepel” nəşri isə qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində çağırışçılar da daxil olmaqla, azı 6 rusiyalı hərbçini əsir götürüb. Bu məlumatı Ukrayna hərbçiləri tərəfindən internetdə yerləşdirilən əsirləri əks etdirən videolar da təsdiq edir.

Qeyd edək ki, Ukrayna mediası Kurska Rusiyanın Azadlığı Legionunun hücum etdiyini bildirmişdi.