• 2 May 2024
logo
Qumenyuk vəzifəsindən azad edildi

Qumenyuk vəzifəsindən azad edildi

Nataliya Qumenyuk Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri vəzifəsindən azad edilib.

Baymedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Cənub Müdafiə Qüvvələrinin Strateji Kommunikasiya Mərkəzinin rəisinə qarşı rotasiya tədbirləri həyata keçirib. Polkovnik Natalya Qumenyukun 19.04.2024-cü il tarixindən müvafiq qoşun qrupunun qüvvə və vasitələrinin tərkibindən çıxarılması barədə qərar qəbul edilib”., - məlumatda qeyd olunub.