• 18 May 2022
logo
Ermənistanın XİN başçısı və xüsusi nümayəndəsi Türkiyəyə səfər edəcək

Ermənistanın XİN başçısı və xüsusi nümayəndəsi Türkiyəyə səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Ruben Rubinyan Türkiyəyə səfər edəcəklər.
NTV telekanalının verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, yuxarıda adıçəkilən şəxslər Antalya Diplomatiya Forumuna qatılacaqlar.
“Hamının səsinin burada eşidilməsini istəyirik. Paşinyan Antalya Diplomatiya Forumuna qatıla biləcəklərini söylədi. Azərbaycan da gəlir. Hər kəs düşüncələrini söyləsin”, - XİN başçısı vurğulayıb.