• 7 İyul 2022
logo
Zəfər tarixini yazan qəhrəmanlar

Zəfər tarixini yazan qəhrəmanlar

“Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral – 01 may 2022-ci il tarixlərdə həyata keçirdiyi “Zəfər tarixini yazan qəhrəmanların təbliğ olunması” adlı layihənin icrasını yekunlaşdırıb. Layihənin icrası Biləsuvar və Füzuli rayonlarında həyata keçirilmişdi.

Layihənin məqsədi – Vətən müharibəsi zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi qısametrajlı filmlər vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə qəhrəman obrazları yaratmaq idi.

Layihənin icrası zamanı 3 qısametrajlı filmin çəkilişi həyata keçirilmişdir. Bu məqsədlə çəkiliş qrupu Biləsuvar rayonunun Nərimankənd, İsmətli və Vətən müharibəsi zamanı qızqın döyüşlər getdiyi Füzuli rayonunun səfərlər təşkil etmiş və Alxanlı kəndində çəkilişləri həyata keçirmişdir. Çəkilişlərdə , feldşer və xususi təyinatlı döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə Vətən müharibələri zamanı həyata keçirilən əməliyyat və döyüşlər, qızğın döyüş gedən məkanlar və gənc nəslə tövsiyyələr öz əksini tapmışdır. Layihənin yekunu olaraq Biləsuvar rayonu H. Əliyev Mərkəzində rayon icra başçısı -Faiq Qürbətov, Millət vəkilləri Ceyhun Məmmədov və Bəhruz Məhərrəmov, qazi, yerli ictimaiyyət və gənclərin iştirakı ilə layihə çərçivəsində hazırlanmış 3 qısametrajlı filmlərin təqdimatı keçirilmişdir. Hazırlanmış filmlər gələcəkdə gənclərimizi vətənpərvər ruhda böyüməsində, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında və gənc nəsildə yeni müasir qəhrəman obrazların yaranmasında rolu olacaq..

“Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.

Azərbaycan, AZ 1014, Bakı
“Binəqədi Gənclər Evi”
Tel: (012) 408 98 45
Mob: (050) 322 28 02
E-mail: bakı[email protected]
www.fb.com/bakigenclerklubu
www.twitter.com/bgk_az