• 2 Dekabr 2022
logo
Ceyhun Bayramov Qazaxıstana getdi

Ceyhun Bayramov Qazaxıstana getdi

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak məqsədilə Qazaxıstanın Aktau şəhərinə səfərə gedib.

Bu barədə Baymedia.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

27 iyun 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir.

Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.