• 1 Dekabr 2022
logo
Azərbaycanın Avropa ölkələri ilə strateji əkdaşlığı yüksələn xətlə davam edir

Azərbaycanın Avropa ölkələri ilə strateji əkdaşlığı yüksələn xətlə davam edir

Azərbaycan Prezidentinin davamlı xarici siyasəti ölkəmizi daha nüfuzlu ölkələrdən birinə çevirməkdədir. Xarici səfərlər zamanı dövlət başçısına olan münasibət, qarşılanma marasimləri buun bariz nümunəsidir. Belə səfərlərdə biri də 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfəridir. Səfər çərçivəsində aparılan görüşlər zamanı Prezident İlham Əliyev bir sıra məqamları diqqətə çatdırdı.

Bildirildi ki, bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır.

Ölkələrimiz arasındakı davamlı siyasi əlaqələr çərçivəsində nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Bir sıra məsələlər o cümlədən enerji təhlükəsizliyi məsələsi müzakirə edilib və bu yöndə əlavə addımlar atılacaqdır.

Cənab Prezident bildirmişdir ki, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Azərbaycan qazı artıq Bolqarıstandadır. Arşıda Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub.
Dünya və Avropa bazarlarına Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam nefti ixrac edir. Bu yöndə ölkəmiz əlindən gələni edirik ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin.

Çıxış zamanı diqqət çəkilən əsas məsələlərdən biri də o idi ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır.

Eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.

Cənab İlham Əliyev onu da bildirdi ki, artıq SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb. Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunacaqdır.

Önəmli məsələrdən biri də yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın.
Tranzit yüklərin həcmi 2022-ci ildə təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar. O cümlədən yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Əfqan Rzayev
Xətai rayon Gənclər və İdman idarəsinin rəisi