• 13 Avqust 2022
logo
“Azərbaycan xalqı adından Minsk Qrupunu məhkəməyə verməliyik”

“Azərbaycan xalqı adından Minsk Qrupunu məhkəməyə verməliyik”

Sabir Rüstəmxanlı: “Bu qurum Azərbaycan torpaqlarının viran qoyulmasının iştirakçısı olub”

“Azərbaycan torpaqları dağıdılıb, viran qoyulub. ATƏT-in Minsk Qrupu bu prosesi təkcə müşahidə etməyib, həm də iştirakçı olublar. Onlar bu ərazilərə səfər ediblər, vəziyyətin nə yerdə olduğunu bilavasitə görüblər. Biz Azərbaycan xalqı adından Minsk Qrupunu məhkəməyə verməliyik. Onlar bilməlidirlər ki, bundan sonra bu prosesə qatılmağa heç bir haqqı yoxdur”. Bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Sabir Rüstəmxanlı deyib. Sabir Rüstəmxanlı bildirib ki, deputatlar daxil olmaqla çoxlu sayda insan işğaldan azad olunan ərazilərdə olub: “Ucsuz-bucaqsız ərazilərimiz viran qoyulub”.
Millət vəkili onu da qeyd edib ki, Qarabağda böyük bərpa işləri həyata keçirilir və bu proses davamlıdır: “İndi Bakı dünyanın diqqət mərkəzindədir. Enerji daşıyıcıları ilə əlaqədar Orta Asiyada, bizə maraq var. Bunlar təsadüfi deyil, dünyada gedən proseslərlə bağlıdır. Belə bir ərəfədə bizə milli birlik, həmrəylik lazımdır”.

Əli