• 27 Yanvar 2022
logo
“Rusiya və İran region dövlətləri ilə dil tapmağa çalışır”

“Rusiya və İran region dövlətləri ilə dil tapmağa çalışır” - politoloq

“Sabah Moskvada Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistan xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşün keçriləcəyi ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi məlumat paylaşıb. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov deyib.
Politoloqun həmin məlumatda qeyd edilir ki, “Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək”.
S.Hümbətov əlavə edib ki, verilən məlumatdan da aydın olur ki, keçriləcək görüşdə Gürcüstan tərəfi iştirak etmək niyyətində deyil: “Bir neçə gün öncə Gürcüstanın xarici işlər naziri David Zalkaliani Türkiyə prezidentinin təklif etdiyi "3+3 formatı"nda iştirak etməklərinin mümkün olmadığını və onların buna alternativ təkliflərinin olduğunu bildirib.
Gürcüstanın xarici işlər naziri David Zalkaliani Rusiyanın Gürcüstan ərazisini işğal etməsini nəzərdə tutaraq bildirib ki, “ərazilərimizi işğalda saxlayan ölkənin olduğu geosiyasi layihədə iştirak edə bilmərik. Bu mövqeyimi türkiyəli, azərbaycanlı və erməni həmkarlamrımla görüşlərdə açıq şəkildə ifadə etmişəm”. David Zalkalianinin sözlərindən və yayılan son məlumatdan da belə aydın olur ki, Gücüstan Rusiya tərəfindən işğal və ilhaq edilmiş Abxaziya və Cənubi Osetiya ərazilərinin işğalda qaldığı müddətdə onunla hər hansı qurumda təmsil olunmaq niyyətində görünmür.
Digər tərəfdən isə 18 oktyabrda ABŞ müdafiə naziri Lloyd Austin Gürcüstanda səfərdə olarkən açıq şəkildə bildirmişdir ki, “Yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”. Bu açıqlama əslində Gürcüstan və Rusiyanın bir platformadan təmsil olunmasına ABŞ-ın hansı münasibətdə olmasının göstəricisi kimi də qəbul edilə bilər.
Nəhayət, altılıq platformanın reallaşması hansısa formada mümkün ola bilər, amma bunun nə qədər müdətdə və hansı formatda reallaşmasının özü belə hələki sual altında qalmış olur.
Görünın odur ki, regionun bəzi dövlətləri, xüsusilə də Rusiya və İran hər il sanksiyalardan dəyən milyardlarla dolları və çökmüş iqtisadiyyatlarını dirçəltmək üçün istənilən formatlı platformanın qurulmasını məqbul hesab edirlər. Eyni zamanda nə Rusiya, nə də İran qərbin regionda mövcudluğunu görmək niyyətində olmadığı üçün region dövlətləri ilə dil tapmağa çalışdıqları hiss edilməkdədir”.