• 24 Aprel 2024
logo
Nazir Ermənistanın Bərdəni raket atəşinə tutmasının ildönümü ilə bağlı paylaşım edib

Nazir Ermənistanın Bərdəni raket atəşinə tutmasının ildönümü ilə bağlı paylaşım edib

“2020-ci ilin 27-28 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket hücumları nəticəsində çox sayda günahsız dinc azərbaycanlı həlak olub”.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.
“Bu dəhşətli hücumun qurbanlarını dərin hüznlə yad edirik. Bu hərbi cinayətə görə cavabdeh olanlar məsuliyyət daşımalıdırlar!”, - XİN rəhbəri qeyd edib.