• 4 Sentyabr 2026
logo
Cəlilabadda ağır qəza: ölən var

Cəlilabadda ağır qəza: ölən var

Cəlilabad rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var.

Baymedia.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.