• 4 Sentyabr 2026
logo
Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Baymedia.az-a bildirilib ki, tədbirlərlə rayon sakinləri – Mirzəyev Balakişi və Əsgərov Ülvi saxlanılıblar.

B.Mirzəyevin üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqrama yaxın marixuana, Ü.Əsgərovdan isə psixotrop maddə metamfetamin aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ülvi ƏsgərovBalakişi Mirzəyev