• 21 Aprel 2024
logo
Qüdrət Həsənquliyev Telman İsanı təbrik edib

Qüdrət Həsənquliyev Telman İsanı təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinin redaktoru, tanınmış teleaparıcı və jurnalist Telman İsanı 50 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Telman bəy,
Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Siz təcrübəli və peşəkar jurnalist, televiziya aparıcısı kimi uzun illərdir ki, ölkənin media sektorunda uğurla fəaliyyət göstərir, özünüzə məxsus üslubunuzla, yanaşma tərzinizlə fərqlənirsiniz. Hadisələrə peşəkar yanaşmanız, fəal vətəndaş mövqeyiniz sizə həmkarlarınız və izləyiciləriniz arasında hörmət qazandırıb. Bu illər ərzində göstərdiyiniz fəaliyyətə görə sizə təşəkkürümü bildirir, möhkəm cansağlığı diləyir, faəliyyətinizdə uğurlar arzulayıram”.