• 27 İyul 2024
logo
Bu stansiyaya giriş bərpa olundu

Bu stansiyaya giriş bərpa olundu

16:26

"Xocəsən" stansiyasından "Avtovağzal" stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən sərnişinlərin "Xocəsən" elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb. Təxliyə problemsiz başa çatdırılıb.

Baymedia.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Məlumata görə, texniki problem aradan qaldırılana qədər "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb:

"Xocəsən" stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər.

Məlumat üçün bildiririk ki, "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur.

Qatarların "Xocəsən" stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”.

***

Texniki cəhətdən nasaz qatar xətdən çıxarılaraq, Bakı metrosunun "Xocəsən-Avtovağzal" istiqamətində hərəkət tam bərpa olunub.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, saat 18:00-da "Xocəsən" stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb.

“QSC baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə bir daha sərnişinlərdən üzr istəyir”, - məlumatda qeyd edilib.