• 17 Aprel 2024
logo
Azərbaycan vətəndaşları Ermənistanda mənzil alıb-satırlar

Azərbaycan vətəndaşları Ermənistanda mənzil alıb-satırlar

Son bir il ərzində Azərbaycan və Türkiyə vətəndaşları Ermənistanda 4 daşınmaz əmlak satıb.

Baymedia.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Kadastr Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, ötən il ərzində Türkiyə vətəndaşları İrəvanda çoxmərtəbəli binalarda sahibi olduqları 2 mənzili və Ararat rayonunda bir torpaq sahəsini satıb.

“2023-cü ildə Azərbaycan vətəndaşı İrəvanda sahibi olduğu bir mənzili satıb. Azərbaycan vətəndaşları 2022-ci ildə biri İrəvanda, digəri isə Lori rayonunda iki daşınmaz əmlak alıb”, - rəsmi məlumatda bildirilir.

Ermənistan Kadastr Komitəsinin əvvəlki məlumatına görə, Azərbaycan vətəndaşları 2018-2023-cü illər ərzində İrəvanda 5 daşınmaz əmlak alıb: bir mənzil 2018-ci ildə, bir mənzil 2019-cu ildə, bir mənzil də 2022-ci ildə alınıb; 2019-cu ildə obyekt, 2022-ci ildə isə bir həyət evi əldə ediblər. Ümimilikdə, Azərbaycan vətəndaşlarının Ermənistanda 8 daşınmaz əmlak aldığı haqda məlumat var. Lakin bu vətəndaşların kimliyi açıqlanmır.