Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 12-də ümumi çəkisi 75 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Baymedia.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,4 kiloqramdan artıq heroin, 60 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın tiryək, 8,6 kiloqramdan çox metamfetamin olub.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.