• 27 İyul 2024
logo
Qubadlıda silah-sursat aşkar edildi

Qubadlıda silah-sursat aşkar edildi

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

Bu barədə Baymedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Rayonun Qayalı kəndi ərazisində 1 qumbaraatan, 44 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.