Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 10fevral tarixində Xocavənd rayonunun Çartaz kəndiərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib.
Arıçılıq təsərrüfatı ilə məşğul olan 1966-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb.Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.
ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!