Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun Gülbala Əliyev küçəsi yaxınlığında qamışlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Baymedia.az-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.