• 29 Mart 2024
logo
Lənkəranda turistləri daşıyan avtobus qəza törətdi

Lənkəranda turistləri daşıyan avtobus qəza törətdi

Lənkəranda avtomobil turist avtobusuna çırpılıb, xəsarət alanlar var.
Baymedia.az Report-a istinadla xəbər verir ki, hadisə rayonunun Xanbulan yolu adlandırılan Hirkan - Daşdatük - Biləsər yolunda baş verib.
Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistlərin olduğu avtobusla toqquşub.
Nəticədə "Nissan Tida"nın sürücüsü R.Məmmədov və avtomobildə olan sərnişinlər Tahir Zülfüqarov və Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Turist avtobusunda olanlardan xəsarət alan olmayıb. Yaralılar Təcili Tibbi Yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olduğundan sürücü R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhər 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır. Şakir Həbibov rayonda tanınmış riyaziyyat müəllimi, Tahir Zülfüqarov isə uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə çalışıb.
Faktla bağlı araşdırma aparılır.