• 19 Mart 2024
logo
Narkotiki şalvara hopdurub həbsxanaya keçirmək istədi

Narkotiki şalvara hopdurub həbsxanaya keçirmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Baymedia.az-a verilən məlumata görə, oğurluq və soyğunçuluq ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsin yanına qısamüddətli görüşə gəlmiş qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan şalvarın balağının tikiş hissəsinə hopturulmuş ümumi çəkisi 0,01 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.