• 4 Fevral 2023
logo
Narkotikin təsiri altında olan taksi sürcüsü saxlanıldı - Video

Narkotikin təsiri altında olan taksi sürcüsü saxlanıldı - Video

Bakıda narkotik vasitələr qəbul edərək taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Bu barədə Baymedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib.

Belə ki, Qaraçuxur qəsəbəsində yaşayan Hünər Mustafayev idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib.

Təyin olunan ekspertizanın nəticəsində Hünər Mustafayevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində protokol tərtib olunub.

Hünər Mustafayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.