• 20 Aprel 2024
logo
Səhiyyə Nazirliyindən İrəvanın iddialarına cavab

Səhiyyə Nazirliyindən İrəvanın iddialarına cavab

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Ermənistan tərəfinin Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanmış 12 nəfərə aid olduğu ehtimal edilən qalıqların Azərbaycan tərəfindən basdırılması ilə bağlı iddialara münasibət bildirib.
Baymedia.az Report-a istinadən xəbər verir ki, direktor Ermənistan tərəfinin bu iddialarını tamamilə əsassız adlandırıb.
O qeyd edib ki, sümüklərlə torpağın qarışdığını göstərmək mümkündür:
“Həmin qalıqların sonradan qoyulması ilə bağlı söhbət gedə bilməz. Onların üstü sadəcə olaraq təmizlənib. 12 nəfərə aid qalıqların Azərbaycan hərbçilərinə aid olduğu ilk baxışdan da görünür. Onların hamısı hərbi paltarda dəfn olunub”.
Ə.Həsənovun sözlərinə görə, həmin ərazinin aşağısında meyitlərin olub-olmamasını hələ də bilinmir:
“12 nəfərin bir yerdə kütləvi şəkildə qeyri-insani şəkildə dəfni işgəncə, əzab barədə düşünməyə əsas verir. Onların hər birinin əlləri yuxarıdadır, sümüklərində zədələr və xəsarətlər var. Kəllə sümüklərinin qırıqları küt alətlə də görünür”.