• 29 Mart 2024
logo
"Texnofest Azərbaycan"-ın keçiriləcəyi məkana mediatur təşkil edilib

"Texnofest Azərbaycan"-ın keçiriləcəyi məkana mediatur təşkil edilib

"Texnofest Azərbaycan" festivalının keçiriləcəyi məkana mediatur təşkil edilib.
İlk olaraq açılış və bağlanış mərasiminin keçiriləcəyi səhnəyə baxış keçirilib. Hazırda quraşdırılma işləri davam etdirilir. Səhnədə festival ərəfəsində hər axşam saat 18-dən 20-yədək estrada konserti olacaq. Həmçinin burada külək turbinində akrobatların tamaşası nümayiş etdiriləcək.
Kristal Hall zalının ərazisində quraşdırılan çadırlarda həm Türkiyənin, həm də Azərbaycanın texnologiya şirkətlərinin, nazirliklərinin təqdimatları olacaq.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviri Rəşad Bayramov bildirib ki, dünyanın ən iri texnologiya festivalı bu il Azərbaycanda keçirilir:
"4 gün ərzində keçiriləcək festivalda həm Azərbaycan, həm də Türkiyənin texnoloji yenilikləri təqim ediləcək. Həmçinin festival çərçivəsində bir sıra texnologiya müsabiqələri keçiriləcək və qaliblər bəlli olacaq. Türkiyə və Azərbaycan pilotlarının tamaşaları da nümayiş etdiriləcək. Festival günlərində su üzərində şoular da bizi gözləyir. Azərbaycanda texnologiyaların inkişafı prioritet məsələlərdən biridir. Gənclərin texnologiyaya marağının artırılması üçün bu festival mühüm əhəmiyyət kəsb edir".