• 25 Aprel 2024
logo
Azərbaycan-İran dövlət sərhədində atışma olub

Azərbaycan-İran dövlət sərhədində atışma olub

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin¬dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər¬həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo¬şunlarının “Göytəpə” sərhəd dəstə¬si¬nin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zasta¬va¬sı¬nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin döv¬lət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, sərhəd nar¬yadı tərəfindən “Dayan” əmri verilərək sər¬həd pozu¬cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış¬dır. La-kin sərhəd pozu¬cu¬ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstər¬iblər.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbay¬can Respublikası Qanunu-nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunmuş və onlardan biri zərərsiz¬ləşdirilmişdir. Hazırda həmin sərhəd pozucusunun şəxsiy¬yətinin müəyyənləş¬diril¬məsi üzrə tədbirlər görülür.
Digər sərhəd pozu¬cusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.
Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd “Marl¬boro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edil¬ibb.
Hadisə barədə İran tərəfi məlumatlandırılıb.
Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunublar.