• 17 Oktyabr 2021
logo
Azərbaycan Quru Qoşunları komandanı Türkiyəyə gedib

Azərbaycan Quru Qoşunları komandanı Türkiyəyə gedib

Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb .
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, general Ə.Əfəndiyev İstanbulda keçirilən "Avrasiya sülhü - 2021" təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.