• 2 Dekabr 2025
logo
İlkin Rəhimov vəzifədən azad edilməyib: Yayılan məlumat həqiqəti əks etdirmir

İlkin Rəhimov vəzifədən azad edilməyib: Yayılan məlumat həqiqəti əks etdirmir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kadr islahatı aparılması və SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifəsindən azad edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Korrekt.az-ın əldə etdiyi məlumata görə, İlkin Rəhimov hazırda da SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini icra edir. Şirkətdə onun vəzifədən uzaqlaşdırılması ilə bağlı hər hansı rəsmi qərar mövcud deyil.