• 21 İyul 2024
logo
3 dost qəzaya düşdü, biri öldü

3 dost qəzaya düşdü, biri öldü

Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, yeniyetmə ölüb.

Baymedia.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yuxarı Aralıq kəndində baş verib.

VAZ-2106 markalı avtomobillə "Mersedes" markalı avtomobilin toqquşması nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Nihat Razi oğlu Hüseynov ölüb. VAZ 2106 markalı avtomobildə olan digər iki yeniyetmə - Şərur rayon Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Səbuhi Niyaz oğlu Əsquliyev və Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Rza Elşən oğlu Əliyev xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.