• 27 İyul 2024
logo
Zəncanda bir ailənin 4 üzvü dəm qazından öldü

Zəncanda bir ailənin 4 üzvü dəm qazından öldü

Zəncan şəhərinin Əmirkəbir şəhərciyində 22, 23, 35 yaşlı 3 xanım və 4 yaşında uşaq dəm qazından boğularaq ölüb.

Baymedia.az xəbər verir ki, bu barədə Zəncan əyalətinin Təcili Yardım Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bədbəxt hadisə su qızdırıcısından qaz sızması nəticəsində baş verib.